Bank Of Baku

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı son bir ildə 54% azalıb

Azərbaycanda dövlət qiymətli kağızlar bazarı son bir ildə 54% azalıb
# 03 noyabr 2009 11:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət qiymətli kağızlar bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınan əməliyyatların həcmi 54,3% azalaraq 2 654 981 000 manat təşkil edib, əqdlərin sayı isə 2,1 dəfə azalıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, azalmanın əsas səbəbi Azərbaycan Mərkəzi Bankının (AMB) iqtisadiyyatda likvidliyi artırmaq məqsədilə pul siyasətini yumşaltması nəticəsində sterilizasiya alətləri olan notların buraxılışını azaltması olub. Belə ki, hesabat dövründə notlar üzrə aparılan əməliyyatların həcmi 79,2% azalaraq 332 243 733 manat təşkil edib, qeydə alınan əqdlərin sayı isə 4,6 dəfə azalıb. Notların ilkin yerləşdirilməsi üzrə aparılan əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 78% azalaraq 264 738 921 manat, təkrar yerləşdirilməsi üzrə isə 82,7% azalaraq 67 504 812 manat təşkil edib.

Dövlət istiqrazlarına gəldikdə isə, hesabat dövründə bu növ kağızlar üzrə qeydə alınan əməliyyatların həcmi 91,2% artaraq 511 026 206 manat təşkil edib. O cümlədən, dövlət istiqrazlarının ilkin yerləşdirilməsi üzrə əməliyyatların həcmi 60,9% artaraq 370 903 190 manat, təkrar yerləşdirilməsi üzrə isə 3,8 dəfə artaraq 140 123 016 manat təşkil edib.

Yanvar-sentyabr aylarında repo və əks-repo üzrə əməliyyatların həcmində də azalma müşahidə olunub. Belə ki, bu qiymətli kağızlar üzrə əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 54,1% azalaraq 1 811 711 061 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR