Bank Of Baku

Azərbaycanın fond bazarında korporativ qiymətli kağızlarla əməliyyatların həcmi son bir ildə 11% artıb

Azərbaycanın fond bazarında korporativ qiymətli kağızlarla əməliyyatların həcmi son bir ildə 11% artıb
# 03 noyabr 2009 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın fond bazarında korporativ qiymətli kağızlar üzrə aparılan əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11,2% artaraq 344 360 427 manat təşkil edib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 1 850 əməliyyat qeydə alınıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,6 dəfə azalıb. Əqdlərin sayının azalmasına baxmayaraq, əməliyyatların həcmi 11,2% artıb.

Eyni zamanda, hesabat dövründə səhmlər üzrə 1 802 əqd qeydə alınıb ki, bunların həcmi 264 814 743 manat təşkil edib. Nəticədə, səhm üzrə əqdlərin həcmi 2,7 azalıb, əməliyyatların həcmi isə 1,2% artıb. Səhmlərin ilkin yerləşdirilməsi üzrə əməliyyatların həcmi 3,1% artaraq 139 720 247 manat, təkrar yerləşdirilməsi üzrə 54 dəfə artaraq 35 108 338 manat, səhmlərin birjadankənar təkrar yerləşdirilməsinin həcmi isə ötən ilin yeni dövrü ilə müqayisədə 28,3% azalaraq 89 986 158 manat təşkil edib.

Korporativ istiqrazlara gəldikdə isə, hesabat dövründə bu növ qiymətli kağızlar üzrə aparılan əməliyyatların həcmi ötən ilin ilk doqquz ayı ilə müqayisədə 65,6% artaraq 79 545 684 manat təşkil edib. Korporativ istiqrazlar üzrə də əqdlərin sayı azalıb. Belə ki, əgər 2008-ci ildə bu növ kağız üzrə əqdlərin sayı 93 təşkil edirdisə, artıq 2009-cu ildə əqdlərin sayı 93,8% azalaraq 48 ədəd təşkil edib.

Bununla yanaşı, korporativ istiqrazların ilkin yerləşdirilməsi üzrə əməliyyatların həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 23% artaraq 33 097 500 manat, təkrar baza üzrə əməliyyatların həcmi isə 19,9 dəfə artaraq 43 575 216 manat təşkil edib.

Korporativ istiqrazların dollar buraxılışında ilkin yerləşdirilməsi üzrə əməliyyatların həcmi 62,5% azalaraq 2 412 000 manat, təkrar yerləşdirilməsi üzrə isə 97,9% azalaraq 265 968 manat təşkil edib.

Korporativ istiqrazların birjadankənar təkrar yerləşdirilməsi üzrə isə əməliyyatların həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13,4 dəfə artaraq 195 000 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR