Bank Of Baku

«United Credit Bank» yeni regional filialın açılışına hazırlaşır

«United Credit Bank» yeni regional filialın açılışına hazırlaşır
# 03 noyabr 2009 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankı (SKB) İmişlidə filialın açılması məqsədilə gələn həftə Azərbaycan Mərkəzi Bankına müraciət edəcək. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, bu həftə ərzində İmişli filialında bütün hazırlıq işləri yekunlaşacaq: «İmişli filialına icazə üçün artıq müvafiq sənədlərin hazırlanmasına başlanılıb və növbəti həftə təsis sənədləri Mərkəzi Banka təqdim olunacaq».

V.Əliyev bildirib ki, İmişli və qonşu rayonların sakinləri bu filial vasitəsi ilə bütün bank xidmətlərindən, o cümlədən hesablaşma-kassa hesabı, kommunal və mobil rabitə operator xidmətləri üzrə ödənişlər, depozitlərin qəbulu, biznes kreditləri və beynəlxalq sürətli pulköçürmə əməliyyatlarından yararlana biləcəklər.

Qeyd edək ki, bununla da bankın respublika üzrə filiallarının ümumi sayı 6-ya çatacaq. Hazırda bankın Bakıda 3, regionda (Gəncə və Sumqayıt) isə 2 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,527 mln. manat, depozit portfeli 10,428 mln. manat, kredit portfeli 25,301 mln. manat, məcmu kapitalı 13,033 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR