Bank Of Baku

«Bank of Baku» son depozit kampaniyası çərçivəsində 17 mln. manatdan çox əmanət cəlb edib

«Bank of Baku» son depozit kampaniyası çərçivəsində 17 mln. manatdan çox əmanət cəlb edib
# 03 noyabr 2009 13:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) «Biz Bir Ailəyik» depozit kampaniyası çərçivəsində 17 mln. manatdan çox əmanət cəlb edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin may ayının 15-dən oktyabr ayının 15-dək davam edən «Biz Bir Ailəyik» kampaniyası ərzində 2000-dək fiziki şəxs banka əmanət yerləşdirib.
Bankdan bildirilib ki, hazırda «Bank of Baku» yeni bir əmanət kampaniyası üzərində işləyir. Bu ay start götürəcək yeni kampaniya əvvəlkilərin davamı olacaq.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü il fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 179,299 mln. manat, depozit portfeli 84,291 mln. manat, kredit portfeli 130,194 mln. manat, məcmu kapitalı 33,147 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
Bankın hazırda respublika üzrə 15 filialı, 25 bankomatı və 205 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR