Bank Of Baku

BMW-nin gəlirləri 28 dəfə azalıb

BMW-nin gəlirləri 28 dəfə azalıb
# 03 noyabr 2009 14:28 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın dünya şöhrətli BMW avtokonserni 2009-cu ilin ilk üç rübünün yekunları ilə bağlı hesabatını açıqlayıb.
APA-Economics”in məlumatına görə, hesabatdan şirkətin gəlirlərinin 28 dəfə azaldığı və 47 mln. avroya düşdüyü bəlli olub. Ötən ilin müvafiq dövründə bu göstərici 1,29 mlrd. avro təşkil edib.
Doqquz ay ərzində avtokonsernin gəlirləri 10,4% azalaraq 36,24 mlrd. avro təşkil edib. Bir il əvvəl bu rəqəm 40,43 mlrd. avro olub. Vergi ödənilmədən şirkətin mənfəəti 19 dəfə azalaraq 1,52 mlrd. avrodan 79 mln. avroya düşüb.
Bu ilin III rübündə BMW-nin mənfəəti 73,8% azalaraq 298 mln. avrodan 78 mln. avroya enib. Şirkətin gəlirləri isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən rüb 6,6% azalaraq 12,59 mlrd. avrodan 11,76 mlrd. avroya düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR