Bank Of Baku

«AFBBank»ın yeni veb-saytı istifadəyə verilib

«AFBBank»ın yeni veb-saytı istifadəyə verilib
# 03 noyabr 2009 14:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AFBBank» (əvvəlki «Azfinansbank») Səhmdar kommersiya Bankının (SKB) yeni internet saytı (www.afbban.az) istifadəyə verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni saytda bankın kredit, depozit məhsulları, bu məhsullarla bağlı on-line müraciət, təcili pul köçürmələri, Müşahidə Şurası və İdarə Heyətinin tərkibi və bankın tarixi haqqında məlumatlar yerləşdirilib.

Qeyd edək ki, «Azfinansbank» Səhmdar Kommersiya Bankına (SKB) bank fəaliyyəti ilə bağlı lisenziya Azərbaycan Mərkəzi Bankı tərəfindən 2008-ci ilin noyabrın 30-da verilib. Bu ilin fevral ayının bank rəsmi fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR