Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditlərinin həcmi 134 mln. manatı keçib

Azərbaycanda dövlət ipoteka kreditlərinin həcmi 134 mln. manatı keçib
# 04 noyabr 2009 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin iyun ayının 1-dən dövlət büdcəsindən maliyyələşən ipoteka kreditləşməsi bərpa olunduqdan sonra noyabrın 1-dək təxminən 1 400 nəfərə ümumilikdə 59 mln. manat həcmində ipoteka krediti verilib.

Azərbaycan İpoteka Fondundan «APA-Economics»ə verilən məlumata əsasən, 2009-cu ilin oktyabr ayında 12 mln. manat məbləğində ipoteka krediti verilib, 300-ə yaxın ailə öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb.

Beləliklə, 2006-cı ilin mart ayından başlayaraq Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 134 mln. manat həddini keçib. Nəticədə, 3 400-ə yaxın ailə ipoteka kreditləri hesabına yaşayış-mənzil şəraitini yaxşılaşdıra bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR