Bank Of Baku

Gələn il Azərbaycanda dövlət büdcəsinin Vergilər Nazirliyi üzrə daxilolmaların 31%, Gömrük Komitəsi üzrə 15% azalacağı proqnozlaşdırılır

Gələn il Azərbaycanda dövlət büdcəsinin Vergilər Nazirliyi üzrə daxilolmaların 31%, Gömrük Komitəsi üzrə 15% azalacağı proqnozlaşdırılır
# 04 noyabr 2009 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsində gəlirlərin tərkibində Vergilər Nazirliyi üzrə daxilolmalar 3 980 mln. manat həcmində nəzərdə tutulub ki, bu da cari il üçün təsdiq olunmuş proqnozdan 1 770 mln. manat və ya 30,8% azdır.

«APA-Economics»in məlumatına görə, «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanun layihəsinə dair izahata əsasən, proqnozlaşdırılan daxilolmaların 1 530 mln. manatı və ya 38,4%-i neft sektorunun payına düşür.

Büdcə gəlirlərinin digər əsas mənbələrindən biri gömrük rüsum və vergiləridir. Belə ki, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi gələn il üçün 1 100 mln. manat həcmində nəzərdə tutulur ki, bu da 2009-cu il üçün təsdiq olunmuş analoji proqnozla müqayisədə 200 mln. manat və ya 15,4% azdır.

Qeyd edək ki, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 680 mln. manat, hüquqi şəxslərin mənfəət vergisi üzrə 1 096 mln. manat, əlavə dəyər vergisi üzrə 1 876 mln. manat, o cümlədən gömrük orqanlarının xətti ilə 798 mln. manat, aksiz vergisi üzrə 552 mln. manat, o cümlədən gömrük orqanlarının xətti ilə 82 mln. manat, mədən vergisi üzrə 130 mln. manat, hüquqi şəxslərin əmlak vergisi üzrə 101 mln. manat, sadələşdirilmiş vergi üzrə 90 mln. manat və s. həcmdə nəzərdə tutulub.

Bu əsas vergi növləri üzrə 2009-cu il üçün təsdiq olunmuş proqnozlara nisbətən dinamikaya gəldikdə, fiziki şəxslərin gəlir vergisi üzrə 2010-cu ildə daxilolmaların eyni səviyyədə, hüquqi şəxslərin mənfəət vergisi üzrə 50,5% az, əlavə dəyər vergisi üzrə 0,6% az, aksiz vergisi üzrə 13,8% çox, sadələşdirilmiş vergi üzrə 15,4% çox olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR