Bank Of Baku

Azərbaycanda vergi orqanlarının 2009-cu il dövlət büdcəsinin proqnozlarını 37% geriləmə ilə icra edəcəyi gözlənilir

Azərbaycanda vergi orqanlarının 2009-cu il dövlət büdcəsinin proqnozlarını 37% geriləmə ilə icra edəcəyi gözlənilir
# 04 noyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin yekunlarına görə dövlət büdcəsinə Vergilər Nazirliyi üzrə daxilolmaların proqnozunun 63,1%-i səviyyəsində icra olunacağı gözlənilir.

«APA-Economics»in məlumatına görə, «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanun layihəsinə dair izahatına əsasən, cari ilin sonuna kimi Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 3 626 mln. manat həcmində gözlənilir. Lakin dövlət büdcəsində ilkin proqnoz 5 750 mln. manat həcmində nəzərə tutulub. O cümlədən, qeyri-neft sektoru üzrə vergi orqanlarının xətti ilə ilin sonunadək dövlət büdcəsinə daxilolmalar 2 316 mln. manat (proqnoz - 3 070 mln. manat) gözlənilir ki, bu da qeyri-neft sektoru üzrə 75,4%-lik icra deməkdir.

Eyni zamanda, Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə toplanacaq vergi və rüsumlar üzrə proqnozun ilin sonuna kimi faktiki olaraq 86,2% səviyyəsində icra olunacağı gözlənilir. Belə ki, 2009-cu ilin dövlət büdcəsində DGK üzrə daxilolmalar 1 300 mln. manat nəzərdə tutulduğu halda, bu göstəricinin 1 120 mln. manat səviyyəsində icra olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR