Bank Of Baku

Azərbaycan yaxın illərdə infrastruktur layihələri əsasən daxili resurslar hesabına həyata keçiriləcək

Azərbaycan yaxın illərdə infrastruktur layihələri əsasən daxili resurslar hesabına həyata keçiriləcək
# 04 noyabr 2009 09:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin maliyyələşdirilməsi yaxın illərdə əsasən daxili dövlət vəsaitləri hesabına aparılacaq. «APA-Economics»in məlumatına görə, 2010-2013-cü illər üçün hazırlanmış Dövlət İnvestisiya Proqramının layihəsinin prioritet istiqamətlərinə əsasən, 2010-cu ildə infrastruktur layihələrinin maliyyələşməsi 2 554 mln. manat həcmində nəzərdə tutulduğu halda, bunun 668 mln. manatını və ya 26,2%-ni xarici kreditlər, qalan hissəni isə birbaşa dövlət büdcəsinin vəsaitləri təşkil edəcək:




Göründüyü kimi, 2011-ci ildən başlayaraq infrastruktur layihələrinin maliyyələşməsinə yönəldilən daxili vəsaitlərin həcmi azalacaq, xarici kreditlərin həcmi isə təxminən eyni səviyyədə qalacaq. Bu da infrastruktur layihələrində tədricən cəlbetmə siyasətinə keçid kimi qiymətləndirilə bilər. Bu isə öz növbəsində dövlət büdcəsinin imkanlarının əvvəlki illərlə müqayisədə müəyyən dərəcədə azalması və daha çox sosial yönümlü məqsədlərin maliyyələşməsinə üstünlük verilməsi planları ilə izah oluna bilər.

Qeyd edək ki, maliyyələşdiriləcək infrastruktur layihələri sırasında nəqliyyat layihələri üstünlük təşkil edəcək. Belə ki, 2010-cu ildə infrastruktur layihələrinin maliyyələşməsində nəqliyyat sektorunun xüsusi çəkisi 64%, 2011-ci ildə 52,7%, 2012-ci ildə 57,2%, 2013-cü ildə isə 49% təşkil edəcək. Nəqliyyat layihələrinin maliyyələşməsində xarici kreditlərin payı 2010-cu ildə 32,8%, 2011-ci ildə 48,4%, 2012-ci ildə 46,3%, 2013-cü ildə isə 57,9% olacaq.

Müqayisə üçün qeyd edək ki, energetika və sənaye layihələri yalnız daxili vəsaitlər hesabına maliyyələşən Dövlət İnvestisiya Proqramının istiqamətlərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR