Bank Of Baku

Azərbaycanda dolların məzənnəsi gələn il də sabit qalacaq

Azərbaycanda dolların məzənnəsi gələn il də sabit qalacaq
# 04 noyabr 2009 10:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2010-cu ildə milli valyutanın (AZN) ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, Azərbaycan hökumətinin 2010-cu il dövlət büdcəsinin proqnoz göstəricilərinin dolların 2009-cu ilin orta illik məzənnəsi əsasında hesablanması bu ehtimallara əsas verir.

Belə ki, 2010-cu il dövlət büdcəsinin gəlirləri və əsas makroiqtisadi göstəricilərin hesablamasında dolların məzənnəsi 0,8042 AZN/1 USD səviyyəsində götürülüb ki, bu da cari ilin məzənnəsindən fərqlənmir. Beləliklə, çox güman ki, gələn il də Azərbaycan hökuməti stabil valyuta siyasətini davam etdirərək, manatın dollara qarşı məzənnəsinin hazırkı səviyyədə qalmasına şərait yaradacaq.

Qeyd edək ki, cari ildə manat dollara qarşı çox aşağı dəyişkənlik nümayiş etdirib. Belə ki, yanvar-oktyabr ayları ərzində manat dollara qarşı cəmi 0,24% ucuzlaşıb, halbuki əvvəlki illərdə bu göstərici ən azı 4-5% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR