Azərbaycan parlamenti neftin dövlət büdcəsindəki baza qiymətinin 55-60 dollar səviyyəsində müəyyənləşdirilməsini təklif edir
Ş.Hacıyev 2010-cu ildə gözlənilən 1,2 mlrd. manat büdcə kəsirinin son 5 ildə ilk belə böyük rəqəm olduğunu vurğulayıb: «Bununla belə, büdcə kəsirinin bağlanması üçün həm daxili, həm də xarici ehtiyatlar kifayət qədərdir».
Komitə sədri həmçinin əlavə edib ki, büdcə xərclərinin 49%-i dövlət proqramlarının icrasına sərf olunacaq. Konkret olaraq təhsil və elm sahəsinə ayrılan vəsaitlər barədə məlumat verən komitə sədri 2010-cu ildə təhsilə 1 276 mln. manat, elmə isə 100 mln. manatın ayrılacağını vurğulayıb.
Maliyyə Nazirliyi büdcə şöbəsinin müdiri Fazil Fərəcov isə bildirib ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat həcmində nəzərdə tutulub. Büdcə xərclərinin əsas istiqamətləri sırasında isə birinci yeri dövlət əsaslı vəsait qoyuluşları (3 549 mln. manat) tutur. Bundan başqa, 2010-cu il dövlət büdcəsində 1 276,8 mln. manat həcmində təhsil xərcləri, 1 205,8 mln. manat həcmində müdafiə xərcləri, 1 192,3 mln. manat həcmində sosial müdafiə və sosial təminatı xərcləri, 1 042,3 mln. manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 mln. manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 mln. manat həcmində səhiyyə xərcləri nəzərdə tutulub. Gələn il sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən mədəniyyət və bədən tərbiyəsi xərcləri üçün 3 219 mln. manat vəsait ayrılması planlaşdırılır.
Dövlət büdcəsində sosial yönümlü, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, mətbuat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, mənzil kommunal təsərrüfatları xərclərinin xüsusi çəkisi xeyli artacaq. Xüsusilə də sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4% olmaqla cari illə müqayisədə 1,8 faiz bəndi artımla proqnozlaşdırılır.
Hesablama Palatasının auditoru Vaqif Həsənov isə palatanın elmin maliyyələşdirilməsi mexanizminin hazırlanması barədə tövsiyələrlə çıxış etdiyini deyib. V.Həsənov bildirib ki, bu mexanizm olmadığı üçün elmə ayrılan vəsaitlərin xərclənməsində çətinliklər yaranır. Palatanın həmçinin orta məktəblərdə, məktəbəqədər tərbiyə müəssisələrində uşaqbaşına maliyyələşdirmənin tətbiqi barədə tövsiyələrini də diqqətə çatdıran V.Həsənov bildirib ki, evdə fərdi təhsilin təşkili ilə bağlı normativ sənədlərin hazırlanmasına ehtiyac duyulur.
Daha sonra çıxış edən millət vəkilləri dövlət büdcəsinin layihəsinə fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, neftin baza qiymətinin büdcədə 55-60 ABŞ dolları/1 barel götürülməsi daha məqsədəuyğundur. Xatırladaq ki, 2009-cu il dövlət büdcəsinin layihəsi hazırlanarkən neftin baza qiyməti 70 dollar/barel səviyyəsində nəzərdə tutulub. Lakin yeni ilin büdcəsi 45 dollar/barel qiyməti əsasında tərtib olunub.
Millət vəkili Gövhər Baxşəliyeva isə elm adamlarının məvaciblərinin artırılmasına, həmçinin elmi müəssisələrin maddi-texniki təminatının yüksəldilməsinə ehtiyac duyulduğunu qeyd edib. G.Baxşəliyeva onu da qeyd edib ki, aşağı məvacib alan elmi işçilərin maaşlarından vergi tutulması düzgün deyil. Elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu məsələyə baxılması vacibdir.
Daha sonra digər millət vəkilləri layihə ilə bağlı fikirlərini bildiriblər. Qanun layihəsi təkliflər nəzərə alınmaqla yenidən işlənərək parlamentin müzakirəsinə təqdim edilməsi tövsiyə olunub.
Maliyyə
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
Əhalinin gəlirləri 10%-dən çox artıb
Xəbər Lenti
Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verilib
DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verib
Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib
Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı hüquqi akt layihəsi müzakirə olunub - FOTO
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
Putin Rusiyaya gələn miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Ursula Fon der Lyayenin ofisi Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayıb - FOTO
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Hacıqabulda açıq ərazidə yanğın başlayıb - FOTO - VİDEO
Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
İdarə rəisi: Sosial şəbəkələrlə bağlı qanun layihəsində effektiv nəzarət mexanizmləri nəzərdə tutulur
"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
Baş prokuror: Ötən il 478 yeniyetmə cinayət məsuliyyətinə cəlb edilib
Tramp İrana yeni zərbələrin endirilməsi əmrini verməyə yaxındır
Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir
Tramp: İran ordusunun xərclərini ödəyə bilmir, sürətlə iflasa uğrayır
Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb
Bayram günlərində Xırdalan və Sumqayıt qatarları şənbə-bazar cədvəli ilə hərəkət edəcəklər
Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
Dəniz mənzərəsi, park yaxınlığı və ipoteka imkanı bir arada - “Kristal”
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır
Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək - YENİLƏNİB
Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək - YENİLƏNİB
Tramp xəbərdarlıq edib: İran ABŞ-la danışıqları uzatmasının hesabını ödəyəcək
Yevlaxda atasını qətlə yetirən şəxsə hökm oxunub
Rusiya Duması miqrantlar üçün rüsumları artıran qanunu qəbul edib
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
Bakıda qətl törətməkdə ittiham olunan şəxsə və tanışına hökm oxunub
Pakistan ordusunun helikopteri qəzaya uğrayıb, bütün ekipaj üzvləri həlak olub
Hərbi Dəniz Qüvvələri Xəzərdə döyüş atışlı taktiki təlim keçirir
Lavrov Ermənistanın KTMT və Aİİ üzvlüyündən danışıb: Təcili həll olunmalıdır
Oman sahillərində tankerdə yanğın baş verib, 2 heyət üzvü itkin düşüb
Ərdoğan: İsrailin Livan və Suriyaya hücumları Türkiyəni təhdid edir
"Son Zəng"lə bağlı məktəblərə təlimat göndərilib, bayağı musiqilərin səslənməsinə yol verilməyəcək
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyə Prezidenti Yunanıstan və Cənubi Kiprə xəbərdarlıq edib: Heç kim macəra axtarmasın
“AzerGold”da Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib
Bakıda avtomobil yanıb - VİDEO
Peskov: Putin və Paşinyanın görüşü ilə bağlı hələlik dəqiq razılaşma yoxdur