Bank Of Baku

Bu il Azərbaycanın fond bazarında broker və dilerlərin sayı azalıb

Bu il Azərbaycanın fond bazarında broker və dilerlərin sayı azalıb
# 04 noyabr 2009 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yanvar-sentyabr aylarında Azərbaycanın fond bazarında fəaliyyət göstərən broker şirkətlərinin sayı ötən ilin 9 ayı ilə müqayisədə 7,1%, dilerlərin sayı isə 15,4% azalıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 13 broker və 11 diler şirkəti fəaliyyət göstərib.

Bununla yanaşı, yanvar-sentyabr aylarında qiymətli kağızların idarə olunması fəaliyyəti ilə 2, klirinq fəaliyyəti ilə 1, depozitar fəaliyyəti ilə 3, reyestrsaxlayıcı fəaliyyəti ilə 2, fond birjası fəaliyyəti ilə isə 1 şirkət məşğul olub ki, bütün bu növ fəaliyyət ilə məşğul olan şirkətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR