Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 4 müştəriyə ümumi dəyəri 30 193 833,87 manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 13 014 958,24 manat olan broker xidmətləri göstərmiş «YapıKredi İnvest» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 17 178 875,63 manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 9 006 594,51 manatla «BoB Broker» qərarlaşıb.
Qeyd edək ki, oktyabr ayında brokerlərin renkinqində maksimal məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə artıb. Belə ki, sentyabr ayında göstərilmiş broker xidmətlərin maksimal məbləği 11 497 089,84 manat təşkil edib.
Brokerlərin renkinqi
Mövqe (oktyabr) | Mövqe (sentyabr) | Brokerlər | Əqdlərin sayı | Müştərilərin sayı | Əməliyyatların həcmi (AZN) |
1 | 1 | Caspian Financial | 11 | 4 | 30 193 833,87 |
2 | 2 | YapıKredi İnvest | 3 | 1 | 13 014 958,24 |
3 | 3 | BoB Broker | 4 | 1 | 9 006 594 51 |
4 | 4 | Texnika Capital Management | 12 | 3 | 5 662 657,23 |
5 | - | Brokdil-Az | 3 | 1 | 5 508 121,48 |
6 | 7 | Unicapital | 2 | 1 | 4 992 439,80 |
7 | 6 | Respublika Invest | 2 | 2 | 3 024 986,29 |
8 | 5 | Chealse Capital | 1 | 1 | 1 998 998,32 |
9 | 8 | Standard Capital | 1 | 1 | 499 599,76 |