Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi 3,3% azaldılıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi 3,3% azaldılıb
# 04 noyabr 2009 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin gəlir və xərcləri 1 525 mln. manat təşkil edəcək. «APA-Economics»in bildirdiyinə görə, bunu Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsində Dövlət Sosial Müdafiə Fondunun maliyyə şöbəsinin müdiri İdris İsayev bildirib.

İ.İsayevin sözlərinə görə, bu, 2009-cu ilin müvafiq proqnoz göstəricisindən 3,3% azdır.

İ.İsayevin sözlərinə görə, Fondun gəlirlərinin 30,4%-ni dövlət büdcəsindən transferlər təşkil edəcək. Gələn il dövlət büdcəsindən transferlər 533,7 mln. manat təşkil edəcək ki, bu da 2009-cu ildə nəzərdə tutulandan 18,7 mln. manat və ya 3,6% çoxdur.

Qeyd edək ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat həcmində proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR