Bank Of Baku

Azərbaycanın fond bazarına yeni ixtisaslaşmış şirkət çıxıb

Azərbaycanın fond bazarına yeni ixtisaslaşmış şirkət çıxıb
# 04 noyabr 2009 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xalg Capital» MMC-yə broker, diler və qiymətli kağızların idarə edilməsi üzrə peşəkar fəaliyyətlərin həyata keçirilməsi üçün xüsusi razılıqlar (lisenziyalar) verib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən sözügedən şirkətin müraciətinə əsasən, broker fəaliyyəti üzrə №044811, diler fəaliyyəti üzrə №044809 və qiymətli kağızların idarə edilməsi üzrə №044810 saylı yeni xüsusi razılıqlar verilib.

Qeyd edək ki, hazırda QKDK tərəfindən 14 broker, 12 diler və 3 qiymətli kağızların idarə edilməsi üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi lisenziyalar qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR