Bank Of Baku

«DəmirBank» əmanətçilər üçün təşkil etdiyi yeni depozit aksiyasının ilk tirajını keçirib

«DəmirBank» əmanətçilər üçün təşkil etdiyi yeni depozit aksiyasının ilk tirajını keçirib
# 04 noyabr 2009 14:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» SKB (keçmiş «Azərdəmiryolbank») Bankın 20 illiyi ilə bağlı əmanətçilər arasında, əsas hədiyyəsi «Toyota RAV4» avtomobili olan «YUBİLEY» uduş kampaniyasının ilk tirajını keçirib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, ilk tirajda 7 günə iki nəfərlik Praqaya (Çexiya) səyahət və 4 «Samsung» videokamerasının qalibləri müəyyən olunub.

«YUBİLEY» kampaniyası 2010-cu ilin yanvar ayının sonunadək davam edəcək. Əsas hədiyyədən başqa, 7 günə iki nəfərlik xaricə səyahətlər (Praqa, Vyana, Milan, Paris) və 15 «Samsung» videokameralar oynanılır. Kampaniyanın II tirajı noyabr ayının 30-da keçiriləcək.

Aksiyada «DəmirBank»da ən azı 1 000 AZN/USD/EUR/GBP məbləğində və ən azı 12 ay müddətində açılan bütün əmanətlər («Sarı» əmanətindən başqa) iştirak edir. Əmanətin hər 1 000 AZN/USD/EUR/GBP məbləği hər hədiyyənin uduşu zamanı 1 şansa bərabərdir.

«DəmirBank» əhaliyə onların tələblərini tam qarşılayan əlverişli şərtlərlə geniş çeşiddə əmanətlər təklif edir. Əmanətçinin istəyinə uyğun müxtəlif valyutalar, faizlərin alınma qrafikləri, əmanətin artırılması, faiz məbləğinə faizin hesablanması, faizləri itirmədən əmanətin vaxtından əvvəl çıxarılması, 70%-dək əmanət məbləğində kartla kredit xətti və s. imkanlar mövcuddur. Əmanətlər üzrə «DəmirBank»da maksimal faiz dərəcəsi illik 18,75% təşkil edir. Əmanətlər Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır.

«Bankda yerləşdirilmiş əmanətlərin həcmi hazırda 63,6 mln. manat təşkil edir və son bir ildə əmanətlərin məbləği 60%-dək artıb. Bu, ölkə üzrə ən yüksək göstəricilər olmaqla əhalinin 20 illik zəngin təcrübəyə malik «DəmirBank»a etibarının və inamının nümunəsidir», - deyə İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Ölkənin ilk banklarından olan «DəmirBank» SKB 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb və 850-yə yaxın səhmdarı olan bankın nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR