Bank Of Baku

Bu il Azərbaycanda büdcə kəsirinin 16 dəfə artacağı gözlənilir

Bu il Azərbaycanda büdcə kəsirinin 16 dəfə artacağı gözlənilir
# 05 noyabr 2009 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda dövlət büdcəsi kəsirinin 2009-cu ilin yekununda ötən ilə nisbətən 15,9 dəfə artacağı gözlənilir. Bu barədə «APA-Economics»ə Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.

Cari ilin sonunda dövlət büdcəsində 178 mln. manatlıq kəsir gözlənilir. Halbuki, 2008-ci ildə büdcənin faktiki kəsiri cəmi 11,2 mln. manat təşkil edib. Bu il kəsirin ÜDM-yə nisbəti 0,41% təşkil edəcək, ötən il isə bu rəqəm faktiki olaraq 0,03% olub.

Bununla yanaşı, əgər ötən il kəsirin maliyyələşdirmə mənbələrindən 182,7 mln. manat yönəldilibsə, cari ildə 178 mln. manat kəsirin 80 mln. manatı dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait, 98 mln. manatı isə daxili və xarici borclanma, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar tərəfindən yönəldiləcək.

Ötən il sözügedən proseslər hesabına müvafiq olaraq 108,9 mln. manat və 73,8 mln. manat vəsait yönəldilib.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2009-cu il dövlət büdcəsinin gəlirləri 12,177 mlrd. manat, xərcləri isə 12,355 mlrd. manat həcmində proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR