Bank Of Baku

«Bank of Azerbaijan» SKB «BizKlub»a qoşulan «Azercell» abonentləri üçün geniş güzəşt və endirimlər təklif edir

«Bank of Azerbaijan» SKB «BizKlub»a qoşulan «Azercell» abonentləri üçün geniş güzəşt və endirimlər təklif edir
# 05 noyabr 2009 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı «Azercell» şirkətinin fakturalı xətt və korporativ abonentləri üçün nəzərdə tutulmuş sərfəli danışıq, müxtəlif güzəşt və endirimlər klubu olan «BizKlub»a üzv olub.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bundan sonra «BizKlub»un üzvləri olan «Azercell» abonentlərinə müxtəlif güzəştlərdən yararlanmaq imkanı veriləcək. Belə ki, «Bank of Azerbaijan»da hesab açan «BizKlub»un hər bir üzvünə üçüncü şəxsin adına bank əmanətini rəsmiləşdirmək, ona rahat olan sxemlə əmanətdən faizlər əldə etmək və hesaba toxunmadan pullardan istifadə etmək imtiyazları verilir.

Bundan başqa, «BizKlub»un hər bir üzvünə hədiyyə olaraq «Bank of Azerbaijan»ın plastik kartı təqdim olunacaq. Bu kart «MobilBank» xidmətinə pulsuz qoşulma, mobil telefon vasitəsilə kommunal xidmətlərin komissiyon haqqı olmadan ödənilməsi və plastik kartdakı qalıq pula və pul dövriyyəsinə real rejimdə müşahidə edilməsi imkanları yaradacaq.

Həmçinin, «BizKlub»un üzvləri kreditləşmə xidmətlərindən daha sərfəli şərtlərlə yararlana bilər, yəni xüsusi təhlil nəticəsində alınmış məbləğdən 10% daha çox kreditin verilməsi və kreditə 0,5%-dən 2%-dək güzəşt əldə etməsi kimi imkanlar yaradılacaq.

Qeyd edək ki, «Bank of Azerbaijan»ın nizamnamə kapitalının həcmi 15 mln. manat, aktivlərinin ümumi həcmi isə 144 mln. manatdan çox təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR