Beləliklə, cari ilin ilk iki rübünün yekunları ilə müqayisədə II yarımillikdə cəmi 749,6 mln. dollar həcmində artım gözlənilir. Eyni zamanda, 2008-ci ilin yekunlarına görə, cari hesab balansı üzrə 3,2 dəfə azalma proqnozlaşdırılır.
Qeyd edək ki, ilk yarımilliklə müqayisədə artımın və ötən illə müqayisədə azalmanın əsas hissəsi xarici ticarət balansının payına düşəcək. Belə ki, yanvar-iyun aylarının yekunlarına əsasən, ticarət balansı üzrə müsbət saldo 5 914,9 mln. dollar həcmində olduğu halda, ilin sonunda bu göstəricinin 9 048,9 mln. dollara çatacağı proqnozlaşdırılır. Eyni zamanda, 2008-ci ildə xarici ticarət balansının saldosu 23 mlrd. dollar olub:
Tədiyyə balansının əsas göstəriciləri
(mln. dollar)
| 2008-ci il | I yarımillik, | 2009-cu il üçün proqnoz |
I. Cari əməliyyatlar hesabının saldosu |
16 453,5 |
4 480,8 |
5 230,5 |
Xarici ticarət balansı | 23 011,7 | 5 914,9 | 9 048,9 |
Xidmətlər balansı | - 2 342,6 | - 600,2 | - 1 680 |
Gəlirlər balansı | - 5 266 | - 1 161,4 | - 2 773,4 |
Cari transfer balansı | 1 050,4 | 327,4 | 635 |
II. Kapitalın və maliyyənin hərəkəti hesabının saldosu |
- 4 403,6 |
- 4 963,8 |
- 4 645,6 |
Göründüyü kimi, cari əməliyyatlar hesabında əksini tapan bölmələr üzrə illik müqayisədə azalma gözlənilir ki, bu, həmçinin mənfi olan göstəricilərə də aiddir. Nəticədə, cari ildə böyük azalmaya baxmayaraq, tədiyyə balansının ümumi balansı müsbət gözlənilir.