Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni kampaniyaya start verib

«Azərbaycan Sənaye Bankı» yeni kampaniyaya start verib
# 05 noyabr 2009 09:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC, «Bizim Market» ticarət şəbəkəsi və «Azercell» mobil telefon rabitəsi operatoru ilə birgə «Prestige Club» məhsuluna aid «Xərclədikcə qazan, qazandıqca danış» adlı plastik kart kampaniyasına start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvarın 1-dək «Azərbaycan Sənaye Bankı»nın «Prestıge Club» plastik kart sahibi olan müştərilər bu kartlarla «Bizim Marketlər»dən edəcəkləri alış-verişlərdə bonus olaraq «Azercell»dən kontur və ya qarşılığı qədər pulsuz danışıq müddəti qazanacaqlar.

Kampaniyadan faydalanmaq istəyən, lakin ASB-nin debit kartı və ya kredit kartı olmayan, kampaniya ya da ASB kartları və müraciət haqqında ətraflı məlumat almaq istəyən bankın müştəriləri, hər həftənin cümə, şənbə və bazar günləri saat 11:00-16:00-da «Bizim Marketlər»də qurulan bankın stendlərinə, ən yaxın ASB filialına və ya bankın www.asb.az saytına müraciət edə bilərlər.

«Prestige Club» - ASB-nin «VISA Debit», «VISA Virtual», «VISA Classic», «VISA Gold», «VISA Platinum», «VISA Business» və «VISA Infinite» plastik kartlarına sahib olan müştərilər üçün imtiyazlar paketini təqdim edərək fərdi bankçılıq məhsul və xidmətləridir. «Prestige Club» kartları ASB-nin razılaşmalı olduğu üzv qurumlardan xüsusi endirimlər və imtiyazlı imkanlar təqdim edir.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 107,664 mln. manat, depozit portfeli 72,639 mln. manat, kredit portfeli 64,27 mln. manat, istehlak kreditlərinin həcmi 26,492 mln. manat, məcmu kapitalı 23,591 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 23 bankomatı və 257 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR