Proqnozlara əsasən, 2009-cu ilin yekununda əhalinin məcmu xərclərinin 17 269,5 mln. manata çatacağı və nəticədə, qənaətlər kimi təsnifatlaşdırılan gəlir və xərclər arasındakı fərq 5 396,3 mln. manata çatacağı proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yekunlarına görə, əhalinin gəlirləri 20 058,2 mln. manat, xərcləri 15 309,8 mln. manat və qənaət olunmuş hissə 4 748,4 mln. manat olub. Eyni zamanda, cari ilin yanvar-sentyabr aylarında əhalinin qənaət etdiyi vəsaitin həcmi 3 639 mln. manat təşkil edib.
Ümumilikdə, yaxın 5 ildə əhalinin qənaətlərinin 54,6% artacağı gözlənilir:
(mln. manat)
| 2008 | III rüb, 2009 | 2009 (proqnoz) | 2010 (proqnoz) | 2011 (proqnoz) | 2012 (proqnoz) | 2013 (proqnoz) |
Əhalinin gəlirləri |
20 058,2 |
16 100 |
22 665,8 |
24 955 |
27 201 |
29 105 |
31 200 |
Əhalinin xərcləri |
15 309,8 |
12 461 |
17 269,5 |
19 048 |
20 800 |
22 277 |
23 860 |
Qənaət | 4 748,4 | 3 639 | 5 396,3 | 5 907 | 6 401 | 6 828 | 7 340 |
Qeyd edək ki, proqnozlara əsasən, əhalinin gəlirləri və xərclərinin artım templəri eyni səviyyədə proqnozlaşdırılır və nəticədə, qənaət olunan vəsaitin dinamik şəkildə artacağı gözlənilir.