Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni konsepsiyanın icrasına başlayıb

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni konsepsiyanın icrasına başlayıb
# 05 noyabr 2009 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2009-2011-ci illər üçün məlumatlandırma və maarifləndirmə konsepsiyasının icrasına başlayıb. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, konsepsiyanın icrasına başlanılıb və artıq prosesə texniki ekspertlər cəlb olunub: «Artıq QKDK və Bakı Fond Birjasında elektron xidmətlərə başlanılıb ki, bu da konsepsiyanın icrasının istiqamətlərindən biridir. Bununla yanaşı, gələn ilin ortalarınadək elektronlaşdırma daha da inkişaf etdiriləcək».

R.Aslanlı onu da qeyd edib ki, Komitə tərəfindən hazırlanmış üç qanun layihəsinin biri artıq hökumətə təqdim olunub, digəri beynəlxalq ekspertlərin baxılmasına göndərilib, üçüncü sənəd üzərində isə işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR