Bank Of Baku

«Bank Respublika» nizamnamə kapitalını artırır

«Bank Respublika» nizamnamə kapitalını artırır
# 05 noyabr 2009 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Bank Respublika» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 4 mln. ədəd, emissiyanın ümumi həcmi isə 8 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Respublika Invest» MMC çıxış edəcək. Birja mütəxəssislərinin fikrincə, «Bank Respublika» ASC-nin səhmlərin yerləşdirilməsinə artıq noyabr ayında başlanacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 35,5% artaraq 30,58 mln. manata çatacaq.

Qeyd edək ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelin 28-dən bankın kapitalında «25%+1 səhm» iştirak payına malikdir. Cari ilin sentyabr ayının 1-nə bankın aktivləri 398,5 mln. manat, kredit portfeli 271,7 mln. manat, müştəri depozitləri 143,97 mln. manat, məcmu kapitalı 46,3 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,58 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR