Bank Of Baku

Azərbaycan xaricdəki diplomatik nümayəndəliklərinin maliyyələşdirilməsini azaldıb

Azərbaycan xaricdəki diplomatik nümayəndəliklərinin maliyyələşdirilməsini azaldıb
# 05 noyabr 2009 13:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il dövlət büdcəsindən Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması məqsədi ilə nəzərdə tutulmuş vəsaitin miqdarı 52 mln. manatdan 50,5 mln. manata endirilib. «APA-Economics»in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Vaqif Sadıqov Milli Məclisdə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin layihəsinin müzakirəsində bildirib.

V.Sadıqovun sözlərinə görə, gələn ilin büdcəsində diplomatik nümayəndəliklərin saxlanılması üçün büdcədə 51 mln. manat nəzərdə tutulur. Nazir müavininin sözlərinə görə, vəsaitin azaldılması diplomatik nümayəndəliklər üçün avtonəqliyyat vasitələrinin alınması proqramının təxirə salınması ilə bağlıdır.

Nazir müavini diplomatik nümayəndəliklərin saxlanılması ilə bağlı büdcədən vəsaitin artırılmasının vacib olduğunu vurğulayıb.

Nazir müavini bildirib ki, hazırda Azərbaycanın xaricdə 50 səfirliyi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 8 konsulluğu, 2 ölkədə səfirliklərin nümayəndəlikləri və 3 ölkədə fəxri konsulu fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR