Bank Of Baku

Azərbaycan parlamenti 2010-cu il dövlət büdcəsinin layihəsinin komitələrdə müzakirəsini başa çatdırıb

Azərbaycan parlamenti 2010-cu il dövlət büdcəsinin layihəsinin komitələrdə müzakirəsini başa çatdırıb
# 05 noyabr 2009 13:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, beynəlxalq münasibətlər və insan haqları Komitələrinin birgə iclasında «Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsi haqqında» qanun layihəsi müzakirə olunub. «APA-Economics»in bildirdiyinə görə, insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, növbəti ilin dövlət büdcəsi mövcud reallıqlar nəzərə alınmaqla hazırlanıb və sənədi müsbət qiymətləndirmək olar.

Maliyyə Nazirliyi büdcə şöbəsinin müdiri Fazil Fərəcov Azərbaycanın 2010-cu il dövlət büdcəsinin parametrləri barədə danışıb. Nazirlik nümayəndəsi bildirib ki, büdcə gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat həcmində nəzərdə tutulub.

Daha sonra çıxış edən millət vəkilləri dövlət büdcəsinin layihəsinə fikir və təkliflərini bildiriblər. Millət vəkili Fəzail Ağamalı və Rəfail Cəbrayılov büdcədə müdafiə sektoruna nəzərdə tutulmuş vəsaitlərin artırılması təklifi ilə çıxış ediblər. Millət vəkili Asim Mollazadə isə diplomatik sahəyə ayrılan vəsaitlərin artımının, eləcə də bu sektorda çalışan işçilərin əmək haqlarının artırılması, onların sosial şəraitinin yaxşılaşdırılması təklifini irəli sürüb.

Daha sonra digər millət vəkilləri layihə ilə bağlı fikirlərini bildiriblər. Qanun layihəsi təkliflər nəzərə alınmaqla yenidən işlənərək parlamentin müzakirəsinə təqdim edilməsi tövsiyə olunub. Bununla da «Azərbaycan Respublikasının 2010-cu il üçün dövlət büdcəsi haqqında» qanun layihəsinin Milli Məclisin komitələrində müzakirəsi başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR