Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: 2010-cu ildə Azərbaycanın xarici dövlət borcunun Ümumi Daxili Məhsula nisbəti azalacaq

Beynəlxalq Valyuta Fondu: 2010-cu ildə Azərbaycanın xarici dövlət borcunun Ümumi Daxili Məhsula nisbəti azalacaq
# 06 noyabr 2009 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) 2010-cu ildə Azərbaycanın xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin azalmasını proqnozlaşdırır.

«APA-Economics»in məlumatına görə, BVF-nin proqnozlarına əsasən, Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinin 2009-cu ildə 9,1%, 2010-cu ildə isə 8,4% təşkil edəcəyi gözlənilir. Halbuki, 2008-ci ildə bu göstərici 6,5% olub.

ÜDM-in həcminə gəldikdə, Fond 2009-cu ildə Azərbaycanda ÜDM-in 42,5 mlrd. ABŞ dolları, 2010-cu ildə isə 55,1 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırır. Ötən ildə isə Azərbaycanda ÜDM-in həcmi 46,4 mlrd. dollar təşkil edib.

Bununla yanaşı, BVF region üzrə də proqnozlar edib. Belə ki, regionda 2010-cu ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 55,1%, ÜDM-in həcmi 2010-cu ildə 260 mlrd. dollar, cari ilin sonunda isə 227 mlrd. dollar təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR