Bank Of Baku

Azərbaycan tədiyyə balansının cari əməliyyat hesabının profisit həcminə görə regional liderə çevrilir

Azərbaycan tədiyyə balansının cari əməliyyat hesabının profisit həcminə görə regional liderə çevrilir
# 06 noyabr 2009 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycan tədiyyə balansının cari əməliyyat hesabının profisit həcminə görə Qafqaz və Mərkəzi Asiya regionunda liderlik edəcək. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırıb.

Fondun proqnozlarına əsasən, 2009-cu ildə Azərbaycanda cari hesabın profisiti 8,3 mlrd. ABŞ dolları təşkil edəcəyi halda, 2010-cu ildə 12 mlrd. dollara çatacağı gözlənilir. Halbuki 2008-ci ildə bu göstərici 16,5 mlrd. dollar olub.

Cari hesab profisitinin ÜDM-ə nisbətinin isə 2009-cu ildə 19,6%, 2010-cu ildə 23,1% təşkil edəcəyi proqnozlaşdırılıb. Ötən il bu rəqəm 35,5% səviyyəsində olub.

Region üzrə proqnozlara gəldikdə, tədiyyə balansının profisiti 2010-cu ildə 22 mlrd. dollar təşkil edəcək. Azərbaycan və Türkmənistanda bu göstəricinin 7,2 mlrd. dollar, Qazaxıstanda 4,7 mlrd. dollar, Özbəkistanda isə 2,3 mlrd. dollar təşkil edəcəyi gözlənilir. Cari hesabın profisitinin ÜDM-ə nisbəti isə 2009-cu ildə 3,4%, 2010-cu ildə 8,5% olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR