Bank Of Baku

Azərbaycanda əhalinin real gəlirlərinin 1,5 dəfə artması proqnozlaşdırılır

Azərbaycanda əhalinin real gəlirlərinin 1,5 dəfə artması proqnozlaşdırılır
# 06 noyabr 2009 08:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2009-cu ilin yekünlarına əsasən əhalinin sərəncamında qalan real gəlirləri 20 147,8 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2008-ci illə müqayisədə 11,9% çoxdur.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın 2010-cu ilin dövlət büdcəsi zərfində göstərilir. Belə ki, 2010-2013-cü illər üzrə əhalinin həyat səviyyəsinin proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə əhalinin real gəlirləri 27 720 mln. manata bərabər olacaq ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə artıqdır.

Qeyd edək ki, əhalinin sərəncamənda qalan real gəlirlər nominal gəlirlərdən ödənilən cari transferlərin, o cümlədən məcburi ödəmələr və könüllü üzvlük haqları çıxılmaqla yaranan göstəricidir.

Real gəlirlərin ümumi həcmi ilə yanaşı, əsas makroiqtisadi göstəricilərdən hesab olunan adambaşına düşən nominal gəlirlərin həcmi 2009-cu ilin yekünlarına görə 2 565,3 manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2008-ci illə müqayisədə 9,5% çoxdur. Qeyd edək ki, 2013-cü ilədək bu göstəricisinin dinamikası 1,4 dəfəlik artımı əks etdirir.

Digər vacib göstərici olan əhalinin son istehlak, yəni mal, ərzaq və xidmətlərin ödənilməsinə yönəldilən xərcləri 2009-cu ildə 14 955 mln. manat səviyyəsində gözlənilir ki, bu da 2008-ci illə müqayisədə 12,8% çoxdur. Beləliklə, əhali son istehlaka real gəlirlərin 74,2%-ni yönəldəcək:

 

2008

2009 (proqnoz)

2010 (proqnoz)

2011 (proqnoz)

2012 (proqnoz)

2013 (proqnoz)

Əhalinin real gəlirləri (mln. man.)

18 004,8

20 147,8

22 178

24 169

25 857

27 720

Son istehlak xərcləri (mln. man.)

13 256,4

14 955

16 495

18 012

19 290

20 660

Adambaşına düşən nominal gəlir (man.)

2 343,2

2 565,3

2 790,6

3 005,3

3 177,3

3 365,8

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR