Bank Of Baku

Bank «Nikoil» bankı kreditlər üzrə cərimələri kəskin azaldıb

Bank «Nikoil» bankı kreditlər üzrə cərimələri kəskin azaldıb
# 06 noyabr 2009 09:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankı (SİB) orta və kiçik gəlirlərə malik olan müştərilərinin maliyyə qeyri-sabitliyi və alıcılıq qabiliyyətinin aşağı düşməsi şəraitində kreditlər üzrə cərimə və dəbbələrin 80% endirilməsinə dair qərar qəbul edib. Bu barədə «APA-Economics»ə Bankın Bakıdakı baş ofisindən məlumat verilib.

«Biz hesab edirik ki, müştərilərimiz texniki və ya məcburi vaxtı keçmiş borcun yaranmasında onların əlavə xərclərini kəskin azalmasına imkan verən bu addımı qiymətləndirərlər. Hiss edirik ki, bu qərar müəyyən səbəblərə görə əvvəl alınmış kreditlərin xidmətində çətinliklər çəkən müştərilər üçün yardım olacaq», - deyə bankın İdarə Heyətinin sədr müavini Serqey Savelyev bildirib. Onun fikrincə, bank qəsdən qaytarılmayan vaxtı keçmiş borcların qaytarılması üzrə işləri davam etdirəcək.

S.Savelyevin sözlərinə görə, əgər bank kreditin verilməsi üzrə öhdəliyini yerinə yetiribsə, müştəri də öhdəliyini vaxtında icra etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR