Bank Of Baku

«Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sistemi indikatoru üzrə müsbət qiymətləndirib

«Fitch» beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sistemi indikatoru üzrə müsbət qiymətləndirib
# 06 noyabr 2009 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya bank sektorunda sistemli risklərin zəifləməsi hələ müşahidə olunmasa da, bu sektor müəyyən stabilləşməyə doğru gedir. «APA-Economics»in məlumatına görə, bu barədə «Fitch» beynəlxalq reytinq agentliyinin yeni hazırlanmış «Bank sektorunda sistemli risklər» adlı hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, kreditlərin ÜDM-yə nisbəti bir sıra ölkədə aşağı səviyyədədir. Halbuki, həmin ölkələrdə kreditləşmənin artımı da zəifləyir. Bu amil əsasən həmin ölkələrdə ümumiyyətlə iqtisadi artım tempinin aşağı düşməsi ilə əlaqədardır.

Hesabatda həmçinin bildirilir ki, bank sistemi indikatorunu (BSI) xarakterizə edən qlobal maliyyə vəziyyəti ötən hesabatla müqayisədə dəyişməz qalıb. Belə ki, inkişaf olmuş ölkələrin bank sistemləri «B» və «C» səviyyəli BSI indikatoruna malikdir və heç birinin «A» kateqoriyası mövcud deyil. Lakin «A» kateqoriyasına ən yaxın olan ölkələr sırasında Honkonq, Kanada və Avstraliya mövcuddur. Zəif kateqoriya sırasında isə («D» kateqoriyası) Belçika və İrlandiya, «E» kateqoriyasına isə İslandiya malikdir.

İnkişafda olan ölkələr sırasına isə Azərbaycan, Belarus, Estoniya və Litvanı aid etmək olar ki, həmin ölkələr BSI indikatorunun «B» kateqoriyasına yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR