Bank Of Baku

Azərbaycan bank sektorunda mənfəət son bir ildə 17% artıb

Azərbaycan bank sektorunda mənfəət son bir ildə 17% artıb
# 06 noyabr 2009 10:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2009-cu ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 239,26 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 33,93 mln. manat və ya 16,5% artıb.

Cari ilin ilk 9 ayının yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (82,06 mln. manat) nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 321,32 mln. manata bərabər olub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 30,07 mln. manat və ya 8,6% azdır. Bu da ötən ilin müvafiq dövrü ərzində ayırmaların hazırkı səviyyədən 1,8 dəfə çox olması ilə bağlıdır.

Yanvar-sentyabr ayları ərzində bankların faiz gəlirləri 772,68 mln. manat, faiz xərcləri 339,38 mln. manat təşkil edib. Nəticədə, xalis faiz mənfəəti 433,3 mln. manat olub. Bundan əlavə, bankların qeyri-faiz gəliri 191,02 mln. manat, qeyri-faiz xərcləri isə 302,58 mln. manat təşkil edib ki, bunun nəticəsində 111,56 mln. manata bərabər olan xalis qeyri-faiz zərəri yaranıb.

Beləliklə, bankların qeyri-faiz əməliyyatları üzrə hələ də zərərlə işləməsi müşahidə olunur ki, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini təxminən 1,6 dəfə üstələyir. Bu da bankların kredit və investisiyalarla birbaşa bağlı olmayan bank xidmətlərinin hələ də istənilən səviyyədə olmaması və bu sahədə olan böyük potensialdan faydalanmaması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR