Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, son bir ildə bank aktivlərinin həcmi 855,89 mln. manat və ya 8,6% artıb. Qeyd edək ki, cari ilin I rübü ərzində bank aktivləri 1 458,5 mln. manat azalıb, lakin bundan sonrakı dövrdə həmin göstəricin artımı müşahidə olunub:
Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi oktyabrın 1-nə 7 346,17 mln. manat (xüsusi çəkisi 68,21%), müxbir hesablar 697,92 mln. manat (6,48%), investisiyaların həcmi 774,12 mln. manat (7,19%), nağd vəsaitlər 408,19 mln. manat (3,79%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 511,93 mln. manat (4,75%), digər aktivlər isə 1 031,36 mln. manat (9,58%) təşkil edib.
Kommersiya banklarının məcmu balansında passivlər hissəsinin 81,87%-i bank öhdəliklərinin payına düşür. Beləliklə, bank öhdəliklərinin həcmi 8 817,38 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlindən 248,79 mln. manat və ya 2,9% çoxdur.
Öhdəliklərin strukturunda 3 971,67 mln. manat depozitlər, 3 930,42 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 915,29 mln. manat isə digər öhdəliklərin payına düşür.
Bankların məcmu kapitalı isə 2009-cu ilin əvvəlindən 247,44 mln. manat və ya 14,5% artaraq oktyabrın 1-nə 1 952,31 mln. manata çatıb.