Bank Of Baku

Azərbaycanda orta aylıq əmək haqqı yaxın 4 ildə iki dəfədən çox artacaq

Azərbaycanda orta aylıq əmək haqqı yaxın 4 ildə iki dəfədən çox artacaq
# 06 noyabr 2009 12:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin yekunlarına görə orta aylıq əmək haqqının 312,8 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2008-ci illə müqayisədə 16,7% çoxdur. «APA-Economics»in məlumatına görə, bu, Azərbaycanın 2010-cu ilin dövlət büdcəsi zərfinin layihəsində əks olunub.

Belə ki, zərfdə öz əksini tapan 2010-2013-cü illər üzrə əhalinin əmək haqqının səviyyəsinin proqnoz göstəricilərinə əsasən, orta aylıq əmək haqqının 2010-cu ildə 365,6 manata, 2013-cü ildə isə 588,1 manata çatacağı proqnozlaşdırılır ki, bu da 2008-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur. O cümlədən, dövlət sektorunda 2009-cu ildə orta aylıq əmək haqqı 264,2 manat (artım 13,7%), qeyri-dövlət sektorunda isə 411,4 manat (artım 20%) səviyyəsində gözlənilir.

Gələn il isə dövlət sektorunda orta əmək haqqının 301 manata, 2013-cü ildə isə 447,9 manatadək artacağı proqnozlaşdırılır. Qeyri-dövlət sektoru üzrə bu göstəricilər müvafiq olaraq 496,8 manat və 872,8 manat məbləğində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR