Bank Of Baku

«AFB Bank» nizamnamə kapitalını artırır

«AFB Bank» nizamnamə kapitalını artırır
# 06 noyabr 2009 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «AFB Bank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 15 min ədəd, emissiyanın ümumi həcmi isə 15 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «BoB Broker» MMC çıxış edəcək.

Birja mütəxəssislərinin fikrincə, «AFB Bank» ASC-nin səhmlərin yerləşdirilməsinə artıq bu ilin noyabr ayında başlayacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2,5 dəfə artaraq 25 mln. manata çatacaq.

Qeyd edək ki, əvvəllər «Azfinansbank» adını daşıyan, cari ilin oktyabrın sonunda isə «AFB Bank»a çevrilən bu bank təşkilatı müvafiq lisenziyanı Azərbaycan Mərkəzi Bankından 2008-ci ilin noyabrın 30-da alıb. Bank bu ilin fevral ayından rəsmən fəaliyyətə başlayıb. Hazırda bankın nizamnamə kapitalı 10 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR