Bank Of Baku

G-20 ölkələri maliyyə nazirlərinin sammitində fikir ayrılığı yaranıb

G-20 ölkələri maliyyə nazirlərinin sammitində fikir ayrılığı yaranıb
# 07 noyabr 2009 09:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Şotlandiyada keçirilən G-20 ölkələri maliyyə nazirlərinin sammitində dünya maliyyə böhranından çıxış yolları və iqlim dəyişikliyi ilə bağlı məsələləri üzrə fikir ayrılığı yaranıb. «APA-Economics»in məlumatına görə, bir sıra ölkə, o cümlədən ABŞ, Yaponiya və Almaniyanın maliyyə nazirləri iqtisadiyyatın dövlət tərəfindən stimullaşdırılmasını dayandırmağa çağırıb, lakin digər ölkələr, xüsusən də Böyük Britaniya bununla razı deyil.

Bundan başqa, nazirlər Kopenhagendə keçirilməsi nəzərdə tutulan ümumdünya iqlim sammitinin hazırlığını G-20 və ya BMT səviyyəsində müzakirə edilməsinə dair razılığa gələ bilməyib.

Qeyd edək ki, G-20-yə Avropa İttifaqı ilə yanaşı 19 aparıcı inkişaf etmiş və inkişafda olan ölkələr daxildir. Bunların sırasında Argentina, ABŞ, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Cənubi Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistan, CAR, Türkiyə, Böyük Britaniya var. Bu ölkələrin payına dünya əhalisinin təxminən 70%-i və dünya ÜDM-nin 85%-i düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR