Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Azercell”in “70 günə 70 avtomobil” kampaniyasını dayandırıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Azercell”in “70 günə 70 avtomobil” kampaniyasını dayandırıb
# 07 noyabr 2009 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azercell Telecom» şirkəti tərəfindən stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsini dayandırıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə «Lotereyalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən lotereyaların keçirilməsi üzərində mütəmadi nəzarət tədbirləri həyata keçirir. Keçirilmiş nəzarət tədbirləri nəticəsində «Azercell Telecom» MMC tərəfindən stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsi hüququnun əldə edilməsi üçün QKDK-ya təqdim edilmiş lotereya şərtlərinin pozulması və təşkil edilmiş kampaniyanın stimullaşdırıcı deyil, adi kütləvi lotereya oyunu xüsusiyyətlərinə malik olduğu aşkar edildiyindən, «70 günə 70 avtomobil» adlı stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsi Komitə tərəfindən dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR