Bank Of Baku

Azərbaycan bank sistemində qeyri-standart aktivlərin payı artıb

Azərbaycan bank sistemində qeyri-standart aktivlərin payı artıb
# 09 noyabr 2009 07:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin strukturunda qeyri-standart aktivlərin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 491,40 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 180,59 mln. manat və ya 58,1% çoxdur. Eyni zamanda, qeyri-standart aktivlərin xüsusi çəkisi də il ərzində artıb. Belə ki, ötən ilin oktyabrın əvvəlinə bu göstərici 3,6% təşkil etdiyi halda, 2009-cu ilin oktyabrın 1-nə artıq 5%-dək yüksəlib.

Qeyri-standart aktivlərin tərkibinə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər daxildir. Cari ilin oktyabrın 1-nə qeyri-qənaətbəxş aktivlərin həcmi 203,28 mln. manat (illik artım – 41,7%), təhlükəli aktivlərin həcmi 165,22 mln. manat (illik artım – 81,7%), ümidsiz aktivlərin həcmi isə 122,89 mln. manata (illik artım – 60,7%) bərabər olub.

Qeyd edək ki, qeyri-standart aktivlərin həcmi və xüsusi çəkisinin ötən ilin IV rübündən başlayaraq tədricən artmasının obyektiv səbəbləri var. Belə ki, dünya maliyyə böhranı nəticəsində Azərbaycan bank sistemində likvidlik problemi yaranıb, banklar kreditləşməyə daha ehtiyatla yanaşmağa başlayıb, istehlak kreditləşməsi qismən dayandırılıb, iqtisadi böhran nəticəsində isə ölkə iqtisadiyyatında ticarət konyunkturu mənfiyə doğru dəyişib, alıcılıq qabiliyyəti düşüb və bu səbəblərdən bir sıra borcalanın biznesi və maliyyə vəziyyəti pisləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR