Bank Of Baku

G-20 ölkələri iqtisadiyyatın dövlət tərəfindən stimullaşdırılmasının davam etdirilməsinə dair razılığa gəlib

G-20 ölkələri iqtisadiyyatın dövlət tərəfindən stimullaşdırılmasının davam etdirilməsinə dair razılığa gəlib
# 09 noyabr 2009 08:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın ən iri ölkələrin maliyyə nazirləri iqtisadiyyatın tam bərpasınadək stimullaşdırma tədbirlərin davam etdirilməsinə dair razılığa gəliblər. «APA-Economics»in məlumatına görə, bu barədə Şotlandiyanın Sent-Endryus şəhərində keçirilmiş G-20 ölkələrin maliyyə nazirlərinin iki günlük sammitinin yekununda qəbul edilmiş sənəddə deyilir.

«Böhrana qarşı koordinasiya olunmuş tədbirlər nəticəsində iqtisadi və maliyyə şəraiti artıq yaxşılaşıb. Lakin bərpa hələ də dayanıqlı deyil və stimullaşdırıcı tədbirlərin davam etdirilməsindən asılıdır. İşsizlik isə əsas problem olaraq qalır. Dünya iqtisadiyyatının bərpası və maliyyə sisteminin sağlamlaşdırması üçün biz tam bərpaya qədər iqtisadiyyatı dəstəkləmək barədə razılığa gəldik», - deyə sənəddə vurğulanır.

Qeyd edək ki, bu razılaşma bir sıra ölkənin tam əksinə olan fikirlərinə baxmayaraq əldə olunub. Məsələn, ABŞ, Yaponiya və Almaniya iqtisadiyyatın dövlət tərəfindən stimullaşdırılmasının dayandırılması tərəfdarıdır.

Gələn il nəzərdə tutulan növbəti görüşdə bank sisteminin ictimaiyyət qarşısında məsuliyyəti barədə məsələnin baxılmasına dair razılıq əldə edilib.

G-20-yə Avropa İttifaqı ilə yanaşı 19 aparıcı inkişaf etmiş və inkişafda olan ölkələr daxildir. Bunların sırasında Argentina, ABŞ, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Cənubi Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, CAR, Böyük Britaniya və Türkiyə var. Bu ölkələrin payına dünya əhalisinin 70%-i və dünya ÜDM-in 85%-i düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR