Bank Of Baku

Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq üzrə bir neçə sənəd imzalanacaq

Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq üzrə bir neçə sənəd imzalanacaq
# 09 noyabr 2009 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sloveniyanın dövlət başçısı Danilo Türkün Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədin imzalanması planlaşdırılır. Bu barədə «APA-Economics»ə Sloveniya Ticarət Palatasının nümayəndəsi Ales Kontrarutti məlumat verib.

Onun sözlərinə görə, Sloveniya nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində noyabrın 10-da Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçiriləcək ki, tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 60-dək Sloveniya şirkətinin nümayəndələri qatılacaq: «Bundan başqa, iki ölkə arasında bir neçə sənədin imzalanması gözlənilir ki, bunlar əsasən iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir».

Bundan başqa, A.Kontrarutti bildirib ki, biznes-forumda əsasən energetika, İKT, avtomatlaşdırma və metallurgiya kimi sahələri təmsil edən şirkətlər üstünlük təşkil edəcək. Bununla yanaşı, maliyyə, konsaltinq və turizm sahələrində çalışan şirkət və təşkilatların nümayəndələri də tədbirdə qatılacaq.

«Azərbaycanla əməkdaşlıq Sloveniya üçün Qafqazda digər ölkələrlə əlaqələrin yaradılmasına səbəb ola bilər. Sloveniya öz növbəsində Avropa İttifaqının üzvü kimi Azərbaycana Cənubi Avropa ilə əlaqələrin yaradılmasında yardım göstərə bilər», - deyə A.Kontrarutti bildirib.

Qeyd edək ki, Sloveniya dövlət başçısının Azərbaycana səfəri çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Bakıda sənaye və metallurgiya, informasiya-kommunikasiya texnologiyaları, inşaat, ticarət, xidmət və turizm, maliyyə və konsaltinq, eləcə də təhlükəsizlik üzrə dəyirmi masalar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR