Bank Of Baku

Çin Afrika ölkələrinə 10 mlrd. dollar kredit ayırmaq qərarına gəlib

Çin Afrika ölkələrinə 10 mlrd. dollar kredit ayırmaq qərarına gəlib
# 09 noyabr 2009 09:40 (UTC +04:00)
Bakı – APA-Economics. Çin Dövlət Şurasının baş naziri Ven Tszyabao Afrika ölkələrinə aşağı faizlə 10 mlrd. dollar kredit ayıracaqlarını bəyan edib.
APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, Çin Xalq Respublikasının ikinci şəxsi Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən Çin-Afrika əməkdaşlıq forumundakı çıxışında bildirib ki, “qara qitə” ölkələrinin iqtisadiyyatına sərmayələr yaxın 3 il ərzində qoyulacaq.
Qeyd edək ki, 2006-cı ildə ÇXR rəhbərliyi Afrika ölkələrinə 5 mlrd. dollar həcmində kredit ayırmağa söz verib. 2008-ci ildə Çin “qara qitə” ölkələrinin iqtisadiyyatına 7,8 mlrd. dollar investisiya qoyub. Son illər isə çin və Afrika arasında ticarət dövriyyəsinin həcmi 30% artıb.
Afrika ölkələrinin əksəriyyəti maliyyə böhranı, daxili konfliktlər və SPİD epidemiyasından əziyyət çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR