Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditlər yeni tarixi maksimuma çatıb

Azərbaycanda mərkəzləşdirilmiş kreditlər yeni tarixi maksimuma çatıb
# 09 noyabr 2009 09:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən kommersiya banklarına mərkəzləşdirilmiş kredit bazarında (yenidənmaliyyələşdirmə) verilən kreditlərin həcmi 2009-cu ilin oktyabrın 1-nə 1 139,7 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 dəfə artıb.

Eyni zamanda, cari ilin əvvəli ilə müqayisədə yenidənmaliyyələşdirmənin həcmi 5 dəfə artıb. Ümumilikdə, cari ildə Mərkəzi Bank tərəfindən kommersiya banklarına verilən kreditlərin artımı 910,7 mln. manat təşkil edib.

Mərkəzləşdirilmiş kreditlər bazarının bu dərəcədə kəskin genişlənməsi Mərkəzi Bank tərəfindən kommersiya banklarına qısamüddətli kreditlərin verilməsi yolu ilə likvidlik dəstəyinin artırılması ilə bağlıdır.

Qeyd edək ki, uçot dərəcəsinin aşağı salınması da öz rolunu oynayıb. Belə ki, cari ilin əvvəli ilə müqayisədə yenidənmaliyyəşdirmə dərəcəsi 8%-dən 2%-dək endirilib. Bu da bankların bu bazardan istifadəsi ilə bağlı faiz xərclərinin minimuma endirilməsi məqsədi daşıyıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR