Bank Of Baku

Azərbaycan bank sistemi üzrə ROA əmsalı azalıb

Azərbaycan bank sistemi üzrə ROA əmsalı azalıb
# 09 noyabr 2009 10:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2009-cu ilin yanvar-sentyabr ayları üzrə aktivlərin gəlirlik əmsalı (ROA) 2,9% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici son bir ildə 0,1 faiz bəndi artıb. Eyni zamanda, ötən ilin sonundan ROA göstəricisi 0,7 faiz bəndi artıb, cari ilin II rübün yekunlarına nisbətən isə 0,2 faiz bəndi azalıb.

Bankların ROA əmsalının 2,9%-lik səviyyəsi aktivlərin orta hesabla hər 1 manatının 2,9 qəpik mənfəət gətirdiyini göstərir. Dünya praktikası baxımından bu rəqəm qənaətbəxş hesab olunsa da, Azərbaycanda dünya maliyyə bazarları və banklarında olan kreditlər üzrə faiz dərəcələrini dəfələrlə üstələməsi ROA əmsalının eyni səviyyədə artması ilə nəticələnməlidir. Həmin nəticəyə malik olmamasının əsas səbəbi isə yerli bankların xərclərinin yüksək olması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR