Bank Of Baku

Sabah Azərbaycan parlamenti 2010-cu il dövlət büdcəsinin müzakirəsinə başlayır

Sabah Azərbaycan parlamenti 2010-cu il dövlət büdcəsinin müzakirəsinə başlayır
# 09 noyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Noyabrın 10-da Azərbaycan Milli Məclisinin plenar iclasında «2010-cu ilin dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi başlayacaq. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Gələn ilin dövlət büdcəsi layihəsi noyabrın 10-13-də Milli Məclisdə müzakirə ediləcək. Millət vəkilləri büdcə zərfinə daxil olan digər sənədlərə də münasibətlərini bildirəcəklər.

Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində nəzərdə tutulub.

Gələn ilki büdcənin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində proqnozlaşdırılıb.

Qeyd edək ki, 2009-cu ilin büdcəsinə əsasən, gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində proqnozlaşdırılıb. Beləliklə, gələn ilin büdcəsində 2009-cu ilin büdcəsinə nisbətən gəlirlərin 17,8%, xərclərin isə 8,8% azalması müşahidə olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR