Bank Of Baku

Azərbaycan əhalisi nağd dollar kütləsinin alışını azaldıb

Azərbaycan əhalisi nağd dollar kütləsinin alışını azaldıb
# 09 noyabr 2009 11:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd dolların həcmi 2009-cu ilin sentyabr ayında 138 024,0 min dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 6,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklardan aldığı nağd dolların həcmi isə sentyabrda 368 227,5 min dollara bərabər olub ki, bu da avqustun analoji göstəricisinə nisbətən 8% azdır.

Ötən ilin sentyabrında əhali tərəfindən 99 534 400 dollar kütləsi satılıb və 542 622 400 dollar alınıb.

Ümumilikdə, yanvar-sentyabr aylarında əhali 1 025 728,0 min dollar həcmində satış, 4 475 657,4 min dollar həcmində isə alış əməliyyatları həyata keçirib ki, bu göstəricilər də ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,4% az və 43% çoxdur.

Göründüyü kimi, Azərbaycanda əhali tərəfindən nağd dolların alışı satışın həcmini 4,4 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR