Bank Of Baku

Bakıda Azərbaycan və Sloveniyanın maliyyə sektoru üzrə dəyirmi masa keçirilib

Bakıda Azərbaycan və Sloveniyanın maliyyə sektoru üzrə dəyirmi masa keçirilib
# 09 noyabr 2009 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Sloveniya prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda iki ölkənin maliyyə sektoru üzrə dəyirmi masa keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan İnvestisiya Şirkəti, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, Azpromo, həmçinin Azərbaycanın bir neçə özəl şirkətin nümayəndələri çalışdığı təşkilatlarının fəaliyyəti və məqsədi barədə ətraflı məlumat verib, şirkətlərinin təklif etdiyi xidmətlərdən danışıblar. Öz növbəsində Sloveniyanın nümayəndə heyətinə daxil olan ekologiya, maliyyə (o cümlədən, bank sektoru), enerji və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin rəsmiləri birgə layihələrin iştirakında maraqlı olduqlarını vurğulayıblar. Tədbir zamanı həmçinin Azərbaycan və Sloveniya arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunub.

Qeyd edək ki, Sloveniya dövlət başçısının Azərbaycana səfəri çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Bakıda sənaye və metallurgiya, informasiya-kommunikasiya texnologiyaları, inşaat, ticarət, xidmət və turizm, maliyyə və konsaltinq, eləcə də təhlükəsizlik üzrə dəyirmi masalar keçirilib. Noyabrın 10-da isə Bakıda Azərbaycan-Sloveniya biznes-forumu təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR