Bank Of Baku

«AtaSığorta» şirkətinin balans mənfəəti son bir ildə 17% azalıb

«AtaSığorta» şirkətinin balans mənfəəti son bir ildə 17% azalıb
# 09 noyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2009-cu ilin yanvar-oktyabr ayları ərzində topladığı sığorta haqlarının həcmi 2,38 mln. manat təşkil edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, həmin müddət ərzində sığorta ödənişləri 580 min manata bərabər olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin sığorta haqlarının həcmi 23,1% azalıb, sığorta ödəmişlərin həcmi isə 8,5% artıb.

Hesabat dövrü ərzində şirkətin ümumi gəlirləri 4,18 mln. manat, ümumi xərcləri 3,25 mln. manat olmaqla, balans mənfəəti 930 min manat təşkil edib ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 40,3% çoxdur. Eyni zamanda, ötən ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə gəlirlər 5,1%, xərclər 13,7% artıb, balans mənfəəti isə 16,9% azalıb.

Qeyd edək ki, «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı «AtaHolding» ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR