Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsi yanvar-sentyabr aylarında 3 dəfə azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi yanvar-sentyabr aylarında 3 dəfə azalıb
# 10 noyabr 2009 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 132 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edərək 14,4 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb ki, bu da ötən illə müqayisədə 3 dəfə azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 10 mlrd. dollarını (69,6%-ni) ölkədən ixrac olunmuş mallar, 4,4 mlrd. dollarını isə (30,4%-ni) ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 5,6 mlrd. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin analoji göstəriciləri ilə müqayisədə ixracın həcmi 3,9 dəfə, idxalın həcmi 11,5 dəfə, müsbət saldo isə 6 dəfə azalıb.

İxrac-idxal əməliyyatlarının 52,9%-i Avropa, 32,4%-i Asiya, 13,5%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələri, 0,1%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 18%-i İtaliya, 9,4%-i ABŞ, 9,4%-i Rusiya, 6,9%-i Fransa, 5,7%-i İsrail, 5,2%-i Türkiyə, 3,8%-i Tayvan (Çin), 3,5%-i Almaniya, 3,1%-i Kanada, 2,9%-i Ukrayna, 2,8%-i Böyük Britaniya, 2,8%-i Çin, qalan 26,5%-i digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR