Bank Of Baku

«Parabank» SKB «Uşaq əmanəti»nin şərtlərinə dəyişiklik edib

«Parabank» SKB «Uşaq əmanəti»nin şərtlərinə dəyişiklik edib
# 10 noyabr 2009 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı «Uşaq əmanəti»nin şərtlərinə dəyişiklik edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, əmanətə qoyulan ilkin ödəniş artıq 200 manat təşkil edəcək.

Qeyd edək ki, müddəti 18 yaş tamam olanadək olam əmanətin faizləri ildə bir dəfə əsas məbləğə əlavə edilir. Müştəri minimum məbləği yerləşdirməklə müddətin sonunda 2 115,29 manat, ABŞ dolları ilə isə 1 805,08 məbləği əldə edir.

«Uşaq əmanəti» əlavə üstünlüklərə də malikdir. Belə ki, adına əmanət yerləşdirilən uşağın hər bir əlamətdar günündə (ad günləri, birinci sinfə getməsi və s.) bank tərəfindən hədiyyə ediləcək.

Qeyd edək ki, şəhər telefonları 139, mobil operatorlardan isə 012 139 nömrəsini yığmaqla «Parabank» və məhsulları haqqında ətraflı məlumat almaq olar. Bundan əlavə, 139 nömrəli telefona zəng etməklə tariflər, valyuta məzənnələri, plastik kartlar, kreditlər haqqında, həmçinin müştərinin iş yerinə və ya evinə ən yaxın olan filialının yerləşdiyi yeri və əlaqə telefonlarını öyrənmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR