Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi iki dəfədən çox artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi iki dəfədən çox artıb
# 10 noyabr 2009 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin strukturunda ödəniş vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 309,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 2,1%-dən 4%-dək yüksəlib.

Vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisi üzrə kəskin artım ümumilikdə mənfi göstərici olsa da, böhran şəraitində bank praktikasında qəbul olunmuş normaları və digər amilləri nəzərə almaqla, bu, narahat doğrulmamalıdır. Belə ki, Mərkəzi Bankın hesablamalarına görə, vaxtı keçmiş kreditlərin təxminən yalnız 1/3 hissəsi girovla təmin edilməmiş kreditlərdir. Bundan əlavə məlumdur ki, son zamanlar dünya maliyyə böhranı şəraitində əksər ölkələrdə, o cümlədən inkişaf etmiş və iri inkişafda olan ölkələrin bank sistemlərində vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkilərinin kəskin artımı baş verib ki, nəticədə, bəzi ölkələrdə bu göstəricinin 15-20%-ə çatması müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR